Nemtsov Moskvada dəfn ediləcək

Nemtsov Moskvada dəfn ediləcək
  28 Fevral 2015    Oxunub:1903
Qətlə yetirilən rusiyalı müxalifətçi Boris Nemtsov Moskvada dəfn ediləcək.
AzVision.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Nemtsovun mətbuat katibi və onun dostu Aleksandr Kotyusov bildirib.

“Nemtsov Moskvada dəfn ediləcək. Onun hansı qəbiristanlıqda dəfn edilməsi barədə qohumları hazırda qərar qəbul edir”, - deyə Kotyusov bəyan edib.

Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.

Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Markin bildirib ki, Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti