Atatürkün əsl boyu açıqlandı

Atatürkün əsl boyu açıqlandı
  18 Fevral 2013    Oxunub:2646
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Atatürkün boyunun qısa olması ilə bağlı iddialara hazıradığı sənədlərlə cavab verib.
Baş Qərargahın açıqladığı sənədlərə görə, Atatürkün boyu deyilənlərin əksinə 1.68 sm deyil, 1.74 sm-dir.
Baş Qərargah Mustafa Kamal Atatürk üçün xüsusi bir internet səhifəsi hazırlayıb. Saytda ulu öndərin həyat və fəaliyyəti haqqında məlumatlar və fotolarla yanaşı, yazdığı əsərlər, məqalələr və sənədlər də yer alıb.
Sözügedən internet portalında Mustafa Kamal haqqında biometrik məlumatlara da yer verilib. Məlumatlara əsasən, Atatürkün boyu 1,74 sm, çəkisi 74-76 kq, ayaqqabısının ölçüsü isə 42 olub.



Teqlər:  





Xəbər lenti