Nemtsovun qətlilə bağlı 3 versiyaya baxılır

Nemtsovun qətlilə bağlı 3 versiyaya baxılır
  28 Fevral 2015    Oxunub:2409
Siyasətçi Boris Nemtsovun qətli barədə iş üzrə istintaq həm siyasi təxribat, həm islamçı-ekstremistlər tərəfindən qətl, həm Ukrayna daxilindəki hadisələr, həm də kommersiya fəaliyyəti kimi cinayət versiyaları qismində gözdən keçirilir.

Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

O, qeyd edib ki, hazırda bu versiyalar üzrə istintaq davam edir.

V.Markinin sözlərinə görə, mütəxəssislər qətlə qədər B.Nemtsovun bütün telefon danışıqlarının detallaşdırılması üzərində işləyirlər.

Komitədən bildiriblər ki, artıq hadisənin şahidləri dindirilib.

Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan B.Nemtsov fevralın 28-də gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən bir neçə dəfə atılan atəş nəticəsində hadisə yerində keçinib (Trend).


Teqlər:





Xəbər lenti