Nemtsovun qətli ilə bağlı rəsmi açıqlama

Nemtsovun qətli ilə bağlı rəsmi açıqlama
  01 Mart 2015    Oxunub:2163
Bir qədər əvvəl kütləvi informasiya vasitələri Boris Nemtsova atəş açan qatillərin avtomobilinin aşkar olunduğu barədə məlumat yayıblar.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Bu xəbərlərin dezinformasiya olduğunu bildirən Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin KİV-lərdə siyasətçinin öldürülməsi ilə bağlı aparılan cinayət işinin araşdırılması barədə hansısa mənbələrə əsaslanan informasiyaların yayıldığını qeyd edib.

Onun sözlərinə görə, media belə informasiyaları dərc edərkən diqqətli davranmalıdır. Belə ki, belə mənbələr adətən dezinformasiya yayır, bəzən isə açıq təxribat niyyəti güdürlər. Komitə rəsmisi, bununla yanaşı, bütün obyektiv və doğru informasiyaların yalnız rəsmi mənbədən, yəni cinayət işini araşdıran istintaq komitəsindən alınmalı olduğunu vurğulayıb.

İstintaq komitəsinin rəsmi saytında Boris Nemtsovu müşayiət edən qadınla yanaşı, digər şahidlərin də dindirildiyi bildirilir. Məlumatda, həmçinin qətlin detallarına qədər planlaşdırıldığına və hadisə yerinin dəqiqliklə seçildiyinə heç bir şübhə olmadığı da qeyd olunur.


Teqlər:





Xəbər lenti