Nemtsovun öldürülmə anı və şok iddia - VİDEO

Nemtsovun öldürülmə anı və şok iddia - VİDEO
  01 Mart 2015    Oxunub:5899
Rusiya müxalifət lideri Boris Nemtsovun ölümü ətrafında söz-söhbətlər səngimək bilmir. Rusiya mətbuatı iddia edir ki, Nemtsovun ölümü əvvəlcədən bilinirmiş.

Belə ki, Vikipediyada Boris Nemtsov haqqında yazıda əvvəlcədən onun ölüm tarixi bildirilib. Sui-qəsddən bir neçə saat əvvəl siyasətçi haqqında məqalə dərc edilib.

"2015-ci il 27 fevral tarixində Moskva şəhərində öldürülüb", deyə yazıda qeyd olunur. Lakin diqqət çəkən məqam bundan ibarətdir ki, yazıda siyasətçinin ölümündən bir neçə saat əvvəl 21:40 qeyd olunur ki, Nemtsov 23:40-da öldürülüb.
Əldə edilən məlumatlara görə, Vikipediyaya yerləşdirilən yazının İP ünvanı İvanova şəhərindədir.



Bundan əlavə Rusiya müxalifət lideri, məhur siyasətçi Boris Nemtsovun həyatının son dəqiqələrinin videosu yayılıb.

AzVision.az-ın Ans-ə istinadən verdiyi məlumata görə, bu kadrlar Qırmızı meydan yaxınlığında yerləşən Mərkəzi univermağın müşahidə kameralarına düşüb.

Boris Nemtsov və Anna Duriçkaya mərkəzi univermağın içində yerləşən "Bosko-kafedə" axşam saat 10-da görüş təyin ediblər. Onlar müxtəlif qapılardan ticarət mərkəzinə giriblər və bir neçə dəqiqə zəngləşərək bir-birini tapmağa çalışıblar.
Görüş yerinə birinci Boris gəlib. Onun sevgilisi bir neçə dəqiqə sonra təyin edilmiş yerə gəlib.

Anna əvvəlcə qapıda dayanıb, ətrafa göz gəzdirdikdən sonra kafeyə girib. Daha sonra cütlük gəzintiyə çıxıb. Onlar Böyük Moskva çayı körpüsünə 10 dəqiqə ərzində çatıblar. Bundan 3 dəqiqə sonra siyasətçi öldürülür.






Teqlər:  





Xəbər lenti