Qubad İbadoğlu Vurğun Əyyubu özünə sədr təyin etdi

Təşkilati məsələ çərçivəsində Qubad İbadoğlu Nizamnamə ilə ona verilən səlahiyyətlərindən istifadə edərək ADR Hərəkatın sədri kimi imzaladığı ilk sərəncamla İH üzvü Vurğun Əyyubu ADR Hərəkatı sədrinin 1-ci müavini təyin etdiyini açıqlayıb. İH üzvləri bu sərəncamı dəstəkləyiblər.
Eyni zamanda Nizamnaməyə müvafiq olaraq razılaşdırılıb ki, Q. İbadoğlunun martın 2-dən ABŞ-a başlayan səfəri müddətində onun səlahiyyətlərini sədrin 1-ci müavini V. Əyyub həyata keçirəcək.