Moskva Nemtsova görə ayağa qalxdı

Moskva Nemtsova görə ayağa qalxdı
  02 Mart 2015    Oxunub:2323
Moskvanın mərkəzində ötən şənbəyə keçən gecə qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun xatirəsinə həsr olunmmuş anım marşına minlərlə insan qoşulub.

AzVision.az BBC-yə istinadən bildirir ki, Boris Nemtsov bazar gününə təyin olunmuş müxalifət marşına başçılıq etməli idi, lakin hadisələr elə gətirdi ki, əvəzində onun təfdarları liderlərini anmaq üçün matəm marşına şıxdılar.

Yürüş başlamazdan əvvəl müxalifət tərəfdarları Kremlə yaxın ərazidə toplaşıblar.

Aksiya iştirakçıları Nemtsovun güllələndiyi yerədək hərəkət etməyə başlayıblar.

Moskva meriyası aksiya təşkilatçıları ilə yürüşdə 50,000-dək insanın iştirak edəcəyini razılaşdırsa da, təşkilatçılar marşa qoşunların sayının bu rəqəmi aşacağını istisna etmirlər.

Ötən şənbəyə keçən gecə qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun xatirəsinin anılması məqsədilə Rusiya paytaxının mərkəzində matəm marşının keçirilməsi gözlənilir.

Tədbirlə bağlı Moskvada şəhərin mərkəzi hissəsində marşın keçiriləcəyi saatlarda nəqiyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nemtsovun qətlindən əvvəl Rusiya müxalifəti martın 1-də Moskvada "Bahar" marşı keçirməyi nəzərdə tutmuşdu.

Müxalifət həmin tədbirdə hökümətdən iqtisadi böhranla bağlı təcili tədbirlərin görülmüəsini tələb etməyi planlaşdırmışdı.

Lakin şənbə günü, müxalifət liderlərinin meriya ilə danışıqlarından sonra kütləvi aksiyanən formatı və keçiriləcəyi yer dəyişdirilib.

Müxalifətçi RPR-PARNAS partiyasının lideri Mixail Kasyanovun sözlərinə görə, matəm yürüşündə minlərlə adamın iştirak edəcəyi gözlənilir.


Teqlər:





Xəbər lenti