Kerri Rusiyaya səsləndi: qatili tapın

Kerri Rusiyaya səsləndi: qatili tapın
  02 Mart 2015    Oxunub:1566
Rusiya müxalifət lideri Boris Nemtsovun qətli hərtərəfli və şəffaf şəkildə araşdırılmalıdır.
AzVision.az-ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Con Kerri açıqlama verib.

Kerri bildirib ki, ABŞ Kəşfiyyatı müxalifətçinin ölümünü sifariş edənlər haqqında heç bir məlumata malik deyil.

"Amma biz ümid edirik ki, cinayət işi şəffaf şəkildə həyata keçiriləcək. Təkcə Nemtsovu güllələyən deyil, qətlin sifarişçisi də tapılaraq cəzalandırılacaq", - deyə Kerri bildirib.

Bundan əvvəl Kerri Rusiya hökumətini Nemtsovun qatilini tezliklə tapmağa çağırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti