Nemtsovun sevgilisi də danışdı

Nemtsovun sevgilisi də danışdı
  02 Mart 2015    Oxunub:3292
Dünya Rusiya müxalifət lideri Boris Nemtsov kürəyindən güllələnmişdi.
AzVision.az -ın ANS PRESS-ə istinadən məlumatına görə, bu sözləri öldürülən siyasətçinin sevgilisi, ukraynalı model Anna Duritskayanın anası İnna Mixaylovna qızı ilə söhbətindən sonra deyib.

İnna Mixaylovnanın sözlərinə görə, həmin gün onun qızı Duritskaya Nemtsovu restoranda gözləyirmiş.

"Onlar bir yerdə nahar etdikdən sonra evə getməyə hazırlaşıblar. Küçədə Anna taksi sifariş etməyi təklif edib. Amma Boris imtina edib və gəzmək istəyib. Onlar körpünün üstü ilə gedəndə Anna onun əlindən tutub. Birdən güllə səsi eşidilib. Boris yırğalanaraq yerə yıxılıb. Anna çox qorxmuşdu, polisə daha sonra isə mənə zəng elədi. O telefonda mənə dedi ki, ana, Boris öldürüldü... Onu kürəyindən vurdular, o yıxıldı, hazırda yandımda yerdə uzalı vəziyyətdədir", - deyə İnna Mixaylovna bildirib.

Onun sözlərinə görə, qızı onunla bütün gecə telefonla əlaqədə olub: "Zənglərdən birində mənə dedi ki, o polis bölməsindədir və ifadə verir. Səəhər saat 5-ə qədər Annanı müxtəlif polis bölmələrinə aparıblar və ifadəsini alıblar".

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Rusiya polisi qatillərin hadisə yerindən qaçdığı "Ford Mondeo" və "Kia-Rio" maşınlarını axtarır. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib. Hadisə baş verən vaxt Nemtsovun birlikdə olduğu 23 yaşlı model onun yanında olub.


Teqlər:  





Xəbər lenti