Ukraynada 6 min insan ölüb
AzVision.az-ın "İTAR TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi idarəsində bildiriblər.
"2015-cü il, mart ayına olan məlumata əsasən, Ukraynada münaqişə dövründə ölənlərin sayına dair hazırkı rəsmi rəqəm, Malayziya təyyarəsinin həlak olmuş 298 sərnişini də daxil olmaqla, 6 min nəfəri ötüb, aralıların sayı isə 14, 8 min nəfər təşkil edib", hesabatda deyilir.
BMT-nin yeni hesabatında, həmçinin, atəşkəs rejiminin mütəmadi olaraq pozulması və hərbi əməliyyatlar zonasını tərk edənlərin sayının artması qeyd olunur. Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.
Eldar Tanrıverdiyev
AzVision.az