Lavrov və Kerri bir gündə iki dəfə görüşdü

Lavrov və Kerri bir gündə iki dəfə görüşdü
  02 Mart 2015    Oxunub:1669
Rusiya XİN rəhbəri Sergey Lavrov Cenevrədə BMT-nin insan haqları üzrə Şurasnın sessiyasında çıxış etdikdən sonra yenidənABŞ dövlət katibi Con Kerri ilə görüşüb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Bəli, mən onunla yenidən görüşdüm” – deyə, Lavrov ABŞ dövlət katibi ilə görüş haqqında jurnalistin sualını cavablandırarkən bildirib.

Rusiya nümayəndə heyətində olan mənbə “İnterfax”a açıqlamasında bildirib ki, ikinci görüşdə tərəflər Yaxın Şərq münaqişəsini görüşüblər.

Qeyd edək ki, bu gün baş tutan ilk görüşün əsas mövzusu Ukraynadakı vəziyyət, Minsk razılaşmalarına əməl edilməsi olsa da, tərəflər, həmçinin Yaxın Şərqdə və Şimali Afrikadakı vəziyyət, İranın nüvə problemi ətrafında danışıqlarla bağlı da müzakirələr aparacaqlar.

“President Wilson” otelində başlayan görüş bağlı qapılar arxasında keçirilib.

Xatırladaq ki, bu, ABŞ və Rusiyanın xarici siyasət idarələrinin başçılarının bu il keçirilən ikinci görüşüdür. Keçən il isə Sergey Lavrov və Con Kerri arasında 15 dəfədən çox görüş olmuşdu.


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti