ABŞ-dan daha bir Xocalı bəyanatı

ABŞ-dan daha bir Xocalı bəyanatı
  03 Mart 2015    Oxunub:1194
ABŞ Konqresinin Şimali Karolina ştatından olan üzvü Virciniya Foks Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.
O, 1992-ci il fevralın 25-26-da Xocalıda 613 nəfərin qətlə yetirildiyini bildirib. Konqres üzvü Xocalı faciəsi qurbanlarının xatirəsinin anılmasının vacib olduğunu deyib.

Virciniya Foks Azərbaycanın ABŞ-ın dəyərli və etibarlı müttəfiqi olduğunu bəyan edib.

O, bir sıra çətinliklərə baxmayaraq, Azərbaycanın terrora qarşı mübarizədə ABŞ-a əhəmiyyətli dəstək verdiyini vurğulayıb.

Eyni zamanda, Konqres üzvü bəyanatında Azərbaycanın qısa müddətdə ciddi iqtisadi uğurlar qazandığını qeyd edib.


Teqlər:





Xəbər lenti