Putin Nemtsovun dəfninə getməyəcək

Putin Nemtsovun dəfninə getməyəcək
  03 Mart 2015    Oxunub:2255
Rusiyada qətlə yetirilən müxalifətçi Boris Nemtsov bu gün dəfn olunacaq.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir. Onun Troekurovsk qəbirstanlığında dəfn ediləcəyi bildirilir. Nemtsovla vida mərasiminin günün birinci yarısında Saxarovsk mərkəzində baş tutacaq.

Rusiya prezidenti Vladimir Putin dəfn mərasimində iştirak etməyəcək. Onu mərasimdə Dövlət Dumasındakı rəsmi nümayəndəsi Harri Minx təmsil edəcək. Bundan əlavə vida mərasimində Rusiya müxalifətinin nümayəndələri də iştirak edəcək.

Qeyd edək ki, fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.

Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Markin bildirib ki, Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Qatillərin tutulması ilə bağlı xüsusi əməliyyat planı hazırlanıb. Hadisə ilə bağlı Prezident Vladimir Putinə dərhal məruzə olunub. Bu barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Vladimir Putin qətli sifariş və təxribat xarakteri daşıdığını bildirib. Prezident B.Nemtsovun qətli ilə bağlı istintaq qrupu yaratmağı və baş vermiş cinayəti şəxsi nəzarətə götürməyi tapşırıb”.

Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Yelena Alekseyeva cinayətin baş verdiyi yerə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirildiyini diqqətə çatdırıb. Y.Alekseyeva jurnalistlərə bildirib ki, naməlum şəxslər ağ rəngli avtomobildən B.Nemtsova bir neçə dəfə atəş açıblar və o, hadisə yerində keçinib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti