3 nazir istefaya göndərilir

3 nazir istefaya göndərilir
  03 Mart 2015    Oxunub:3105
Türkiyənin baş naziri Əhməd Davudoğlu 3 nazirin istefaya göndəriləcəyini bəyan edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunlar ədliyyə naziri Bəkir
Bozdağ, rabitə naziri Lütfi Əlvan və daxili işlər naziri Əfqan Aladır:

“Bu üç nazirimizlə iclas keçirdik, bu günə qədər ki, fəaliyyətlərinə görə onlara təşəkkür etdik. Martın 6-dan etibarən bu nazirlərin hər birini baş nazirin müşavirləri əvəz edəcək. Qarşıdakı 3 ay ərzində nazirliklərin işində heç bir axsama olmayacaq. İyunun 8-də yeni hökumət qurulandan sonra yeni nazirlər təyin olunacaq”.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti