Putin sorğu-sual ediləcək

Putin sorğu-sual ediləcək
  03 Mart 2015    Oxunub:2247
Rusiya prezidenti Vladimir Putinlə ənənəvi “Birbaşa xətt” verilişi bu il aprelin 16-ı baş tuta bilər.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiyanın “Kommersant” qəzeti televiziya və Prezident Administrasiyasında olan mənbələrə istinadən xəbər verir.

“Bu texniki tarixdir, lakin bu tarixin dəyişmə ehtimalı olduqca azdır. Artıq Vladimir Putinlə olan efirin texniki hazırlığına başlanılıb. ”, – deyə Administrasiyadan olan mənbə bildirib.

2014-cü ildə “Rusiya prezidenti ilə birbaşa xətt” verilişi aprelin 17-i baş tutub və 3 saat 56 dəqiqə davam edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti