Rza Zərrab deputata uduzdu

Rza Zərrab deputata uduzdu
  03 Mart 2015    Oxunub:2340
Türkiyəli iş adamı Rza Zərrabın Cümhuriyyət Xalq Partiyasının sədr müavini Sezgin Tanrıqulu haqqında qaldırdığı iddia ərizəsi qəbul edilməyib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəxsi həyatına müdaxilə edildiyini iddia edən Rza Zərrab CHP-li millət vəkilindən 70 min türk lirəsi təzminat tələb edib. Məhkəmə isə onun bu tələbini rədd edib. İstanbulda baş tutan məhkəmə prosesinə millət vəkili özü qatılsa da Rza Zərrab prosesdə iştirak etməyib.

Məhkəmə təzminat tələbinin qanuna uyğun olmadığını hesab edib və iddianın rədd edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, millət vəkili Sezgin Tanrıqulu Türkiyədə keçirilən məlum rüşvət əməliyyatından sonra Rza Zərrabla bağlı sərt çıxışlar etmişdi.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti