İran Obamanın təklifini rədd etdi
“Obamanın mövqeyi qəbuledilməz və hədələyici tondadır. İran məntiqsiz tələbləri qəbul etməyəcək. Rəsmi Tehran “Altılıq” ölkələri ilə nüvə danışıqlarını davam etdirəcək”, - deyə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Barak Obamanın İrana bu ölkənin nüvə proqramını ən azı 10 il müddətinə təxirə salması barədə xəbər yayılmışdı.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: