Boris Nemtsov dəfn edildi

Boris Nemtsov dəfn edildi
  03 Mart 2015    Oxunub:1774
Rusiyalı siyasətçi Boris Nemtsov Moskvada dəfn olunub.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Mərhum müxalifətçi Troyekur qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində 600-dək insanın iştirak etdiyi bildirilir.

Xatırladaq ki, fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən açılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib. Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti