Nazir `Bakı-2015`ə görə Romaya getdi

Nazir `Bakı-2015`ə görə Romaya getdi
  04 Mart 2015    Oxunub:1580
Nazir Azad Rəhimov Romada rəsmi səfərdədir.
Gənclər və İdman Nazirliyindən AzVision.az-a verilən məlumata görə, İtaliyanın Roma şəhərində `Bakı-2015` Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədir.

Bu gün, Romanın “Galleria nazionale d`arte moderna” –da (Müasir İncəsənət Milli Qalereyası) baş tutacaq tədbirdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey, İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Giovanni Malagò, İtaliyaTəhsil naziri Stefania Giannini, digər rəsmilər və qonaqlar iştirak edəcək.

Bakı 2015 Avropa oyunlarının təqdimatı çərçivəsində 300-ə yaxın qonaq ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə tanış ola biləcəklər.

Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.


Teqlər:





Xəbər lenti