“Erməni təbliğatına qarşı mübarizə aparacağıq” – Davudoğlu

“Erməni təbliğatına qarşı mübarizə aparacağıq” – Davudoğlu
  04 Mart 2015    Oxunub:1535
Türkiyə ermənilərin “soyqırım” adlandırdığı1915-ci il hadisələri ilə bağlı təbliğatına qarşı mübarizə aparacaq.
AzVision.az-ın “Haber7” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirilir.

Onun sözlərinə görə, bu il Türkiyə erməni təbliğatına qarşı, həmçinin türk diplomatların ASALA terror təşkilatı tərəfindən öldürülməsi ilə bağlı hadisələrə xüsusi diqqət ayıracaq.

Qeyd edək ki, ASALA terror təşkilatının fəaliyyəti nəticəsində 42 türk diplomat qətlə yetirilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti