Ermənilər Türkiyədə deputat olmaq istəyir

Ermənilər Türkiyədə deputat olmaq istəyir
  04 Mart 2015    Oxunub:1822
Türkiyədə iyunun 7-də parlament seçkiləri keçiriləcək. Qondarma “erməni soyqırımı”nın 100-cü ili ərəfəsində Türkiyədə yaşayan ermənilər də seçkilərdə aktiv iştirak etmək niyyətindədirlər.
AzVision.az-ın məlumatına görə, erməni əsilli Türkiyə vətəndaşı, Xalqların Demokratiya Partiyasından (HDP) olan Nivart Bakırçıoğlu deputatlığa namizədliyini irəli sürəcək. N.Bakırçıoğlu deputatlığa namizəd olmaq istəməsinin səbəbini belə izah edib:

“Ürəyimdən Urartunun paytaxtı Vandan namizəd olmaq keçir. 100 ildir ki, bu Məclisə erməni vəkil girməyib. “Erməni soyqırımı”nın 100-cü ilində Məclisə erməni vəkillərinin çox yaraşacağını düşünürəm. Xalqımı təmsil etmək istəyirəm. Mən ya da başqa erməni vəkillərinin xalqımın təmsilçisi olaraq, Məclisdə olmasını istəyirəm”,-deyə erməni Nivar Bakırçıoğlu qeyd edib.

Qeyd edək ki, N.Bakırçıoğlundan başqa HDP-dən erməni Zəkəriyyə Sabunçu da Mardindən namizədliyini verəcəyini açıqlayıb.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:





Xəbər lenti