Kömür mədənində partlayış: 30 ölü - YENİLƏNİB

Kömür mədənində partlayış: 30 ölü - YENİLƏNİB
  04 Mart 2015    Oxunub:1898
Ukraynanın Donetsk şəhərində Zasyadko adına kömür mədənində güclü partlayış baş verib.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, partlayış nəticəsində 30 nəfər həlak olub, xeyli sayda insan yaralanıb. Kömür mədənində 207-ə qədər insanın olduğu bildirilir.

Hazırda hadisə yerində xilasedicilər işləyir. Xilasedicilər zəhərli qaz səbəindən partlayış yerinə yaxınlaşa bilmirlər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti