Deputatlara dalaşmaq üçün yer ayrılacaq

Deputatlara dalaşmaq üçün yer ayrılacaq
  04 Mart 2015    Oxunub:2615
Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman parlament binasında deputatlar arasında qarşıdurmanın yolverilməz olduğunu və bununla əlaqədar dava iştirakçılarının, təşkilatçılarının plenar iclaslarından kənarlaşdırılmasını təklif edib.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verib.

Onun sözlərinə görə, bu barədə müvafiq qanun layihəsi yaxın vaxtlarda Ali Radada müzakirəyə çıxarılacaq.

Bundan əlavə spiker vurğulayıb ki, dava etmək istəyənlər üçün parlamentdə boks rinqi quraşdırmağa hazırdır: “Münasibətlərinizi aydınlaşdırmaq istəyirsiniz? Mən parlamentin üçüncü mərtəbəsində rinq quraşdıra bilərəm. Zəhmət olmasa çıxın və qaydalar çərçivəsində münasibətlərinizi aydınlaşdırın”.

Qroysman həmçinin digər fraksiyadan çıxardılan deputatın digər fraksiya və ya qrupa keçməsini qadağan edən məsələni qaldıracağını bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti