Avropa Azərbaycana maliyyə yardımı ayırır

Avropa Azərbaycana maliyyə yardımı ayırır
  04 Mart 2015    Oxunub:3716
Avropa İttifaqı (Aİ) 2020-ci ilə qədər qonşuluq siyasəti proqramının inkişafına 15,4 milyard avro ayıracaq.

AzVision.az-ın məlumatın görə, bu barədə “RİA Novosti” agentliyi Avropa Komissiyasının rəsmi saytına istinadən xəbər verir.

Avropa qonşuluq siyasəti Aİ-nin 16 ölkə ilə münasibətlərini müəyyənləşdirir: Azərbaycan, Əlcəzair, Misir, İsrail, İordaniya, Livan, Liviya, Mərakeş, Fələstin, Suriya, Tunis, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna.

Qeyd edək ki, Avropa İttifaqı və Azərbaycan arasında 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş mövcuddur, eləcə də 2003-cü ildən fəaliyyət göstərən Avropa Mehriban Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq həyata keçirilir.

2009-cu ilin mayında Azərbaycanla Aİ arasında münasibətlər yeni mərhələyə - təşəbbüskarı Polşa və İsveç olan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığa keçib.

"Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin Qonşuluq Siyasəti çərçivəsində altı postsovet ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi əlaqələrin yaxşılaşdırılmasına yönəldilib.

Proqram Aİ-yə üzvlük imkanını deyil, viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonalarının tətbiqini nəzərdə tutur. Tələbə mübadiləsi, ətraf mühitin qorunması, enerji təchizatı üzrə kiçik layihələr də həyata keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti