`Baku Electronics` qiymət artımına görə cəzalandırıldı

`Baku Electronics` qiymət artımına görə cəzalandırıldı
  04 Mart 2015    Oxunub:3096
Bu barədə Lent.az-a İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə xidmətə çox saylı vətəndaş müraciətləri daxil olub. Dövlət Xidmətindən tərəfindən aparılmış araşdırmalar zamanı "Baku Electronics" MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.

Bununla əlaqədar "Baku Electronics" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti