Putin Nemtsovun qətlinə görə naziri danladı

Putin Nemtsovun qətlinə görə naziri danladı
  05 Mart 2015    Oxunub:2617
Rusiya müxalifətinin əsas liderlərindən biri olan Boris Nemtsovun qətli səbəbindən Vladimir Putin daxili işlər nazirini istefaya göndərə bilər.
Putinin iştirak etdiyi DİN-in kollegiya iclasında nazir Vladimir Kolokoltsev sərt tənqid edilib. Nazir iclasdan dərhal sonra istefaya getmək niyyətində olduğunu nümayiş etdirsə də lakin bu məqamda istefanın özünə baha oturacağını bilib və qərarını ertələyib.

Rusiya mətbuatı yazır ki, DİN-ə yaxın mənbələr yaxın iki həftə ərzində Kolokoltsevin vəzifəsindən uzaqlaşdırılacağını gözləyir.

Qazeta.ru portalının məlumatına görə, yeni nazir Viktor Zolotov təyin oluna bilər. Putinin etimad göstərdiyi Zolotov 2000-2013-cü illərdə Rusiya prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri işləyib və hazırda Daxili Qoşunlarının komandanıdır. (Ans)


Teqlər:  





Xəbər lenti