Parlamentdə yenə dava düşdü - FOTOLAR

Parlamentdə yenə dava düşdü - FOTOLAR
  05 Mart 2015    Oxunub:2062
Türkiyə Böyük Millət Məcisində (TBMM) Daxili təhlükəsizlik paketi kimi tanınan “Polisin vəzifə və səlahiyyətləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı yenidən gərginlik yaşanıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasından (MHP) olan deputat Lütfi Türkqan hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan həmkarı ilə dalaşıb və onun ünvanına sərt ifadələr səsləndirib.

Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkilləri həmkarlarına mane olmağa çalışıb və daha sonra AKP-li vəkillərin etirazı ilə Türkqan salondan çıxarılıb.

Qeyd edək ki, adı çəkilən qanun layihəsinin müzakirəsi demək olar ki, hər iclasda millət vəkilləri arasında qarşıdurmaya səbəb olur. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu qanun layihəsindən danışarkən bildirib ki, istəsələr də, istəməsələr layihə qəbul ediləcək.
















Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti