KVN-in aparıcısını döydülər
Bu barədə AzVision.az “Qovorit Moskva”ya istinadən xəbər verir.
Maslyakov Şeremetyevo küçəsindəki KVN Evinin qarşısında öz avtomobilinə əyləşərkən bir nəfər yaxınlaşaraq ona yumruq zərbəsi endirib. Həmin gün KVN-nin premyer liqasının 1/8 mərhələsinin ilk oyunu keçirilib.
Həmin şəxs saxlanılıb. Onun adı açıqlanmır.
Qeyd edək ki, Aleksandr Maslyakov 1964-1972-ci illər, həmçinin 1986-cı ildən bəri bu günə qədər Rusiya televiziyasında KVN proqramını aparır.
Eldar Tanrıverdiyev
AzVision.az