Kadırov və Timati “İphone”dan imtina etdi
“Əziz dostlar! Mən əvvəl də demişdim ki, “İphone”-u istifadə etməkdən imtina edəcəyəm. Bu müddət ərzində mən Rusiya istehsalı olan “YotaPhone”-nu nəzərdən keçirirdim. Bu gün dostum Timati Qrozniya gəldi. Mən ona hədiyyə etdim. Bundan sonra biz yerli “YotaPhone”dan istifadə edəcəyik. O, işləmək üçün rahatdır, gözəl dizayna malikdir və ən əsası Rusiya məhsuludur”. – deyə Kadırov qeyd edib.
Qeyd edək ki, Kadırov daha əvvəl rusları ABŞ sosial şəbəkələri və smartfonlarından imtina etməyə çağırmışdı.
Eldar Tanrıverdiyev
AzVision.az