Davudoğlu ABŞ müsəlmanları birliyə çağırdı

Davudoğlu ABŞ müsəlmanları birliyə çağırdı
  05 Mart 2015    Oxunub:1540
Türkiyənin baş naziri Əhməd Davudoğlu ABŞ müsəlmanlarını islamafobiya və rasizmə qarşı mübarizədə birləşməyə çağırıb.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

“Ümumi humanitar dəyərləri islamafobiya və rasizmə qarşı mübarizə aparan ABŞ müsəlmanları birgə, çiyin-çiyinə qoruyun”, - deyə Davudoğlu Nyu-Yorkda türk icmasının nümayəndələri ilə görüş zamanı çıxışında bildirib.

Baş nazir sayı 190 min nəfər yaxın olan türk icmasını Türkiyənin digər məsələlərdəki maraqlarını da qorumağa səsləyib. Davudoğlu həmçinin Şimali Karolina ştatında üç müsəlman tələbənin öldürülməsinə reaksiya vermədiyi üçün dünya birliyini də pisləyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti