ABŞ-dan Atatürkə qarşı sayğısızlıq

ABŞ-dan Atatürkə qarşı sayğısızlıq
  05 Mart 2015    Oxunub:2331
ABŞ-ın Kaliforniya ştatının Karson şəhəri öz ərazisində Mustafa Kamal Atatürkə abidə qoymağa icazə verməyib.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bələdiyyə məclisində müzakirəyə səbəb olan layihənin rədd edilməsində ABŞ-dakı erməni lobbisi və yunanlar böyük rol oynayıblar.

Atatürk abidəsinin şəhərdə qoyulmasından xəbərdar olan Erməni İnqilabçı Federasiyasının ABŞ-dakı Mərkəzi Komitəsi, Erməni Gənclik Federasiyası və Amerika-Yunan Şurası kimi təşkilatlardan 400-ə yaxın şəxs Karson Siti bələdiyyəsinin binasına toplaşıblar.

Bələdiyyə binasına sığmayan erməni və yunanların yarısı isə binanın ətrafında Atütürkün abidəsinə etiraz ediblər.

Glendale kənd bələdiyyə rəhbəri Zareh Sinanyan, Montebello bələdiyyə rəhbəri Jak Hacıyan, Amerika-Yunan Şurası sədrinin köməkçisi Aris Anagnos abidə əleyhinə çıxış ediblər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti