Komandasının oyununu izləyib ölməyə getdi - VİDEO

Komandasının oyununu izləyib ölməyə getdi - VİDEO
  05 Mart 2015    Oxunub:1575
Belçika çempionatının son turunda keçirilən “Brügge” - “Muskron-Peruvels” matçında (3:0) qeyri-adi hadisə yaşanıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 20 ildir sağalmaz xəstəlikdən əziyyət çəkdiyi üçün evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə) qərarı qəbul edən Lorenso Şonbert adlı azarkeş “Brügge”nin oyununu sonuncu dəfə izləyib.

Onun stadiona gəlməsindən xəbər tutan klub rəhbərliyi və azarkeşlər Lorenso üçün vida mərasimi təşkil ediblər.

Azarkeşlər 7 yaşlı qızı ilə stadionda gəzən və tərəfdarlara əl yelləyən Lorenzo üçün “Heç vaxt tək gəzməyəcəksən” şüarını səsləndiriblər. Matçı stadionun xüsusi lojasında qızı Dina ilə birlikdə izləyən Lorenzo komandasının 3-0 qalib gəldiyi oyunda göz yaşlarını saxlaya bilməyib: “Son arzum gerçək oldu. Rahat ölə bilərəm artıq. Qalibiyyəti cənnətdən qeyd edəcəm”.

Daha sonra o, müalicə aldığı xəstəxanada iynə ilə öldürülüb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti