Kann film festivalında ikinci böyük oğurluq

Kann film festivalında ikinci böyük oğurluq
  20 May 2013    Oxunub:1251
Kann film festivalında iştirak edən Çinin ən böyük film şirkətinin vitse-prezidenti Çjan Syanın bütün əşyaları qaldığı oteldən oğurlanıb.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, Syan otel əməkdaşlarının oğurluqla bağlı fəaliyyətsizliyinə qarşı etiraz əlaməti olaraq, prodüserlik etdiyi amerikalı aktyor Kian Rivzin film rejissoru debütü barədə keçirilən mətbuat konfransında iştirak etməkdən imtina edib.

Kinomatoqrafçının sözlərinə görə, nahardan sonra öz otağına qayıdarkən o, bütün əşyalarının oğurlandığını görüb.

Qeyd edək ki, bu artıq Kann film festivalında sayca ikinci oğurluqdur. Keçən həftə naməlum şəxslər, ulduzlara icarəyə vermək üçün nəzərdə tutulmuş “Chopard” naxışları ilə bəzədilmiş seyfi oğurlamışdılar.

AzVision.az


Teqlər:  





Xəbər lenti