Ukrayna rus jurnalistlərə `yox` dedi

Ukrayna rus jurnalistlərə `yox` dedi
  05 Mart 2015    Oxunub:1451
Ukrayna Xarici İşlər Nazirliyi Rusiya KİV-lərin akkreditasiyasını dayandırıb. Bu barədə martın 5-də diplomatik şöbədən məlumat verilib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bir qədər əvvəl Ukrayna Rusiya KİV-lərinə akkreditasiyanın qadağan olunması barədə bəyanat səsləndirmişdi. Ukrayna Təhlükəsizlik Xidməti ölkənin dövlət orqanlarında 100-dən çox KİV-i akkreditasiyadan məhrum etməyi tövsiyə etmişdi.

Aralarında TASS informasiya agentliyinin də olduğu KİV-lərin siyahısı Ukrayna Ali Radasının aparatına göndərilib.

Artıq “Sərhədsiz reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı rəsmi Kiyevin bu qərarını qınayıb. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin isə onu əsaslandırılmamış qərar adlandırıb.

https://azvision.az/redirect.php?url=http://azertag.az/xeber/837081


Teqlər:





Xəbər lenti