Məşhur aktyorun təyyarəsi qəzaya uğradı - VİDEO

Məşhur aktyorun təyyarəsi qəzaya uğradı - VİDEO
  06 Mart 2015    Oxunub:2345
Məşhur Hollivud aktyoru Harrison Fordun idarə etdiyi yüngül motorlu təyyarə qəzaya uğrayıb.
AzVision.az “BBC”yə istinadən verdiyi məlumata görə, onun təyyarəsi Los Ancelesdəki qolf meydançasına düşüb.

“Aktyor sağdır, lakin başı da daxil olmaqla bədəninin müxtəlif yerlərindən xəsarətlər alıb”, - deyə mənbə bildirib.

Artıq Los Anceles polisi də məlumatı təsdiqləyib. Lakin hüquq-mühafizə orqanları əməkdaşları pilotun ad və soyadını açıqlamaqdan imtina ediblər: “Biz aviaqəzanın olduğunu təsdiqləyirik. Təyyarəni 65-70 yaşlı kişi idarə edib. O, yaxınlıqdakı xəstəxanaya aparılıb, vəziyyəti stabildir.

Məlumatda qəzanın baş verməsinin səbəbi kimi texniki problemin olması göstərilib.



Harrison Ford 13 iyul 1942-ci ildə Çikaqoda anadan olub.

Geroge Lucas və Stiven Spilberq əməkdaşlığının ən şahanə bəhrələrindən İndiana Cons ardıcıllığı, 1981 istehsalı Raiders of the Lost Ark / Müqəddəs Xəzinə Ovçularıyla başlamış və 1989-cu ildə Indiana Jones and the Last Crusade / İndiana Cons: Son Macəra ilə sona çatmışdı. Əfsanə ardıcıl son filmdən 19 il sonra 2008-ci ildə yenidən canlanmış və Spilberq İndiana Cons: Kristal Kəllə Krallığına imza atmışdı. Filmdə Harrison Ford, 66 yaşında olmasına baxmayaraq yenidən Indiana Jones qılığına bürünüb macəradan macəraya qaçmışdı.

Indiana Jones ardıcıllığı beşinci hissəni də görəcək. Bununla da Spilberq və Lukasın üzərində işlədikləri ssenarinin bitmək üzrə olduğu açıqlandı.

Yaxşı Harrison Ford İndiana Cons filmini bir daha canlandıra bilərmi? Lucasın yaxın ətrafına filmdə kompyuter effektlerinen mümkün qədər qaçmaq istədiklərini, hətta filmdə heç kompyuter effekti olmamasını seçəcəklərini açıqladı. Bu vəziyyətdə bütün təhlükəli səhnələrdə Harrison Fordun şəxsən özü lazım olacaq.

Aktyor təklifi almasına baxmayaraq, fiziki olaraq bu rolunu necə canlandıracağı sual işarəsi altındadır. 2012-ci ildə tamamlanması gözlənilən filmdə İndiana Cons Bermud Şeytan Üçbucağının sirrini həll edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti