Nemtsovun son qeydi: “Danışmağa qorxurlar...”

Nemtsovun son qeydi: “Danışmağa qorxurlar...”
  06 Mart 2015    Oxunub:2717
Rusiyada qətlə yetirilən tanınmış siyasətçi Boris Nemtsovun köməkçisi Olqa Şorina “Reuters” agentliyinə müxalifətçinin son qeydini nümayiş etdirib.
AzVision.az-ın məlumatına görə, Şorina Nemtsovun ölümündən bir gün əvvəl bu qeydi ona verdiyini bildirib

“Mənimlə İvanovada olan bir neçə rus hərbçisi əlaqə saxladı. Onlar 17 hərbçi yoldaşlarının öldürüldüyünü, pullarını ala bilmirlər. Lakin hazırda danışmağa qorxurlar”, – deyə Nemtsov qeydində vurğulanıb.

Şorinanın bildirdiyinə görə, o, ofisinin dinlənilməsindən qorxaraq bu fikirləri qeyd şəklində yazıb.

Qeyd edək ki, daha əvvəl Nemtsovun ölümündən əvvəl Rusiya hərbçilərinin Ukraynanın şərqində olması barədə araşdırma aparması barədə məlumat yayılıb.

Xatırladaq ki, fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən açılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib. Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti