Şahzadə evini satır - 48,5 milyona (FOTOLAR)

Şahzadə evini satır - 48,5 milyona (FOTOLAR)
  06 Mart 2015    Oxunub:2849
Səudiyyə Ərəbistanı şahzadəsi Navaf ibn Abdul-Əziz Əl Saudun Nyu-Yorkdakı evi 48,5 milyon dollara satılır.
Bu barədə AzVision.az “The Wall Street Journal”-a istinadən xəbər verir.

Şahzadənin evinin sahəsi 1000 kvadratmetrə yaxındır. O elit rayon hesab edilən Manhettendə - Yuxarı Vest Saydda yerləşir. Şahzadənin evində dörd yataq otağı, dörd hamam otağı, fitnes-mərkəz, bilyard üçün otaq, bərbərxana, üç güllə keçirməyən mini bunker və Hudzon çayı görünüşlü 60 metrlik qonaq otağı var.

Qeyd edək ki, Nafav ibn Abdul-Əziz Əl Saud 2001-2005-ci illərdə Səudiyyə Ərəbistanı Kəşfiyyat İdarəsinin baş direktoru vəzifəsində çalışır.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti