Dövlət idarəsini su basdı

Dövlət idarəsini su basdı
  06 Mart 2015    Oxunub:1323
Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) binasından su kranları oğurlanıb və nəticədə binanı su basıb.

AzVision.az xəbər verir ki, kimliyi bilinməyən şəxslərin törətdiyi oğurluq nəticəsində binaya milyon dollarlıq ziyan dəyib. Hazırda tikilməkdə olan obyekt Almaniyanın ən yaxşı mühafizə olunan binası kimi tanınırdı. İctimaiyyətin zarafat mövzusuna çevirdiyi hadisə barədə məlumat Almaniya mətbuatında məşhur “Voterqeyt skandalı”na işarə edilərək "Watergate" (“water” ingiliscə “su” deməkdir – red.) başlığı ilə yayımlanıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti