Putin özünün və Medvedyevin maaşını azaltdı

Putin özünün və Medvedyevin maaşını azaltdı
  06 Mart 2015    Oxunub:2581
Rusiya prezidenti Vladimir Putin mart ayının birindən etibarən öz maaşını 10% azaldıb.
Bu barədə AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir.

Məlumatda həmçinin Rusiya baş naziri Dmitriy Medvedyevin əmək haqqının da azaldığı bildirilir.

Daha əvvəl Putin Kreml Administrasiyasında maaşlarının azaldılması barədə qərar qəbul edib.

Rusiya Dövlət Dumasının da cari ilin dövlət büdcəsinin tənzimlənməsi üçün Putinə deputatların maaşlarının azaldılması ilə bağlı müraciət edəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti