Lukaşenko hörümçək yerinə qoyuldu

Lukaşenko hörümçək yerinə qoyuldu
  20 May 2013    Oxunub:1276
Belarusun BELTA agentliyi hörümçəklər haqqında xəbərdə Belarus prezidenti Aleksandr Lukaşenkonun fotosunu yerləşdirib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, “Zəhərli hörümçəklər Belarusda kök atıblar” başlığı altında mayın 18-də məlumat yayımlanıb. Məlumatda vətəndaşlara sahildə istirahət vaxtı ehtiyatlı olmaq xəbərdarlığı edilib.

Materialda Belarus prezidenti və Çinin Mərkəzi Hərbi Komissiyasının sədr müavini Syuy Silyanla birgə fotosu verilib.

Mənbələr təsdiq üçün Google-da verilən BELTA agentliyinin səhifəsinin görüntüsünü əldə ediblər. Foto sonra səhifədən silinərək əvəzinə hörümçək şəkli yerləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti