Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edildi

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edildi
  07 Mart 2015    Oxunub:2240
İsveçrə Rusiyaya qarşı sanksiyaları artırıb.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi xəbərə görə, yeni sanksiyalar Krım və Sevastopola şamil edilir.

Yeni sanksiyalar rəsmi Bernin Rusiyaya qarşı 27 avqust 2014-cü il tarixində qəbul edilən sanksiyalarla birgə tətbiq ediləcək. Yeni sanksiyalar barədə qərarın Avropa İttifaqı (Aİ) ilə birgə sanksiyalarının koordinasiyası üçün qəbul olunduğu bildirilir.

Sanksiyalar Krım və Sevastopol iqtisadiyyatına yatırımların edilməsini qadağan edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti