Ölü namizəd seçkilərdə qalib gəldi

Ölü namizəd seçkilərdə qalib gəldi
  07 Mart 2015    Oxunub:2358
ABŞ-ın Vermont ştatında Anderhill şəhər administrasiyasına keçirilən seçkilərdə ölmüş şəxs qalib gəlib.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Məlumata görə, 55 yaşlı Kevin Tarrant seçkilərdən bir gün öncə evində ürək tutmasında vəfat edib. Lakin şəhər rəhbərliyi bu barədə seçiciləri vaxtında xəbərdarlıq etməyib. Ştat qanunlarına əsasən seçki günü hər hansı bir namizəd barədə danışmaq, müzakirə aparmaq təşviqat hesab edilir və bu qadağındır.

Hazırda yerli hakimiyyət mövcud vəziyyətdən çıxış yolunu axtarır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti