Savçenkonun anası Merkelə müraciət etdi

Savçenkonun anası Merkelə müraciət etdi
  07 Mart 2015    Oxunub:2010
Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenkonun anası Almaniya kansleri Anqela Merkelə məktub yazıb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, ana Savçenko Merkeldən onun qızının azad olunması məsələsində yardım istəyib.

“Hörmətli, cənab Merkel mənim qızımı xilas etməkdə yardım edin. Mən birbaşa sizə müraciət edirəm və ümid edirik ki, siz mövcud vəziyyətdən çıxmaqda bizə kömək edəcəksiniz”, – deyə Mariya Savçenkonun məktubunda qeyd olunur.

Mariya Savçenko iddia edir ki, onun qızının alibisi var və o, jurnalistlərin ölümündə günahkar deyil.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti