Məhkəmə sədri hamının gözü qarşısında güllələndi

Məhkəmə sədri hamının gözü qarşısında güllələndi
  08 Mart 2015    Oxunub:2319
İŞİD qruplaşmasının yaraqlıları İraqın ikinci böyük şəhəri olan Mosulun məhkəmə sədrini güllələyiblər.
Məhkəmə sədri Abdullah AbdulVahhab şəhərin mərkəzi meydanında yüzlərlə sakinin gözü qarşısında güllələnib. Bundan əvvəl o, iki aya yaxın yerli həbsxanada saxlanılmışdı.

Qeyd edək ki, bir qədər əvvəl İraq ordusu ölkənin keçmiş başçısı Səddam Hüseynin doğma şəhəri olan Tikriti İŞİD-in əlindən almaq üçün iri miqyaslı əməliyyatlara başlayıb. Bu əməliyyatların məqsədi Səlah-əd-Din əyalətinin mərkəzi olan Tikrit şəhərini tutmaqla Mosul şəhərinə hücumu davam etdirməkdir. Hazırda Tikrit şəhərində küçə döyüşləri gedir.


Teqlər:





Xəbər lenti