Saakaşvilinin maşın və ev almaq arzusu puç oldu – TƏFƏRRUAT

Saakaşvilinin maşın və ev almaq arzusu puç oldu – TƏFƏRRUAT
  09 Mart 2015    Oxunub:2584
Gürcüstanın sabiq prezidenti və Ukrayna lideri Pyotr Poroşenkonun müşaviri Mixail Saakaşvili Kiyevə köçəndən sonra özünə avtomobil ala bilməyib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə o, “Şuster Live”-a müsahibəsində bildirib.

Saakaşvilinin sözlərinə görə, o, “Hundai” markalı avtomobil almağa hazırlaşıb. Lakin gömrük rüsumlarının artırılması ilə Ukraynada bu avtomobilin dəyəri Gürcüstanda “Mazerati”nin satıldığı qiymətə bərabər olub.

Məlumatda həmçinin Saakaşvilinin ev tikmək üçün torpaq sahəsi almaq planlarının da puç olduğu vurğulanır. Buna səbəb kimi isə Gürcüstanın sabiq prezidenti Ukraynada torpaq sahəsinin sənədləşdirilməsi prosedurunun həddən artıq uzun olması ilə əlaqələndirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti