Rusiyada azərbaycanlının meyiti tapılıb

Rusiyada azərbaycanlının meyiti tapılıb
  09 Mart 2015    Oxunub:1407
Rusiyada azərbaycanlı kişinin meyiti tapılıb.
Rusiya mətbuatının yaydığı məlumata görə, 74 yaşlı Azərbaycan vətəndaşının asılmış meyiti tapılıb.

Meyit Sankt Peterburqun Vasileostrovski rayaonunda, Korablestroiteley küçəsində aşkarlanıb. Onu içki içmək üçün özlərinə yer axtaran evsizlər tapıblar. Belə ki, bomj həyat tərzi keçirən qadın və kişi içki içmək üçün daima gəldikləri yerə gəliblər. Onlar ağacdan asılan meyiti görən kimi dayanacağın gözətçisinə xəbər verərək hadisə yerindən qaçıblar.

O, isə öz növbəsində dərhal polisə məlumat verib. Polis ölən 74 yaşlı Bakı sakininin adıçəkilən küçədə yaşadığını müəyyən edib.
İndi onun özünü nə üçün öldürdüyü və kimliyi müəyyən edilir (ANS)


Teqlər:  





Xəbər lenti