Qadın futbolçular arasında dava: 9 nəfər yaralı

Qadın futbolçular arasında dava: 9 nəfər yaralı
  09 Mart 2015    Oxunub:1672
Türkiyədə futbol üzrə qadın klubları arasında keçirilən oyunda dava baş verib.
AzVision.az-ın "Anadolu" Agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 9 futbolçu yaralanıb.

Məlumata əsasən hadisə Türkiyə futbol çempionatının 1-ci dəstəsində çıxış edən "Qazikentspor" və Adana İdmanyurdu" komandasının oyunçuları arasında baş verib.

Çempionatın 17-ci həftəsində baş tutan matçda "Qazikentspor"un futbolçusuna oyunun 80-ci dəqiqəsində qırmızı kart göstərilib . Tərəflər arasında qarşıdurma da məhz bu andan etibarən başlayıb. Əvvəlcə oyunçular arasında dava düşüb, daha sonra isə onlara tamaşaçılar da qoşulub.

Nəticədə, "Gazikentspor"un 5, "Adana İdmanyurdu"nun isə 4 futbolçusu yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti