Problemli kreditlərin həcmi 1 milyarddan çoxdur
AzVision.az Mərkəzi Banka istinadən xəbər verir ki, problemli kreditlərin həcmində isə ilin əvvəlindən 5,6% artım qeydə alınıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə problemli kreditlərin həcmində 26,5% artım müşahidə olunub.
Hesabata əsasən, maliyyə-kredit təşkilatları tərəfindən fiziki və hüquqi şəxslərə verilən kreditlər illik müqayisədə 20,0% artaraq 2015-ci il fevralın 1-nə 18,6 mlrd. manata çatıb. Bu müddətdə istehlak kreditləşməsi də 22,5% artaraq 7,7 mlrd. manat təşkil edib.
Məlumata görə, məcmu kreditlərin 10,8%-i və ya 2 mlrd. manatı sənaye və istehsal sektoru, 13,7%-i və ya 2,6 mlrd. manatı inşaat və əmlak sektoru, 14,3%-i və ya 2,7 mlrd. manatı ticarət və xidmət sektoru, 4,5%-i və ya 843 mln. manatı kənd təsərrüfatı və emal sektoruna yönəldilib.
AzVision.az