Azərbaycanlıların ən məhsuldar günü
100 % respondentin 49 %-i şənbə günləri, 33 %-i həftənin beş günü işləyir. 18 % növbəli qrafikə malik olduğunu bildirib. Əməyin ən geniş yayılmış forması - şənbə günü qısa iş günü olmaqla altı günlük iş rejimi - tam məşğuliyyətdir. Lakin respondentlərin çoxu beş günlük iş rejiminə üstünlük verdiklərini söyləyiblər.
Sorğuya cəlb olunanların 42 %-i bazar ertəsini, 34 %-i isə cümə gününü ən ağır gün hesab ediblər. İşçilərin fikrincə həftənin digər günlərində iş praktik olaraq bərabər bölünür. Çərşənbə günü – 10 %, çərşənbə axşamı və cümə axşamı – 6 %, şənbə günü – 2 % respondent üçün ən ağır gün hesab olunur.
AzVision.az