Türkiyədə gözlənilməz kadr dəyişikliyi

Türkiyədə gözlənilməz kadr dəyişikliyi
  10 Mart 2015    Oxunub:2424
Hakan Fidan yenidən Türkiyə kəşfiyyatının (MİT) rəhbəri təyin olunub.
Bunu Türkiyə hökuməti rəhbərinin müavini Bülənt Arınç bəyan edib. Arınçın sözlərinə görə, Fidan Türkiyə Baş naziri Əhməd Davudoğlu tərəfindən yenidən təyin edilib.

Xatırladaq ki, Türkiyə kəşfiyyatının (MİT) rəhbəri fevralın 6-da istefa vermişdi. İstefaya səbəb onun parlament seçkilərdə iştirak etmək niyyəti ilə bağlı idi. Ancaq bu gün Hakan Fidan öz namizədliyi geri çəkib.

Qeyd edək ki, Türkiyədə parlament seçkiləri bu ilin iyununda keçiriləcək.


Teqlər:





Xəbər lenti